Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanda seçkiləri müşahidə edəcək

19:44 - 24 Yanvar 2024

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanda seçkiləri müşahidə edəcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Bakıya səfər edəcək.  

 

Manset.az  Secki-2024.az-a istinadən xəbər verir ki, müşahidə missiyasına ŞƏT-in baş katibi Can Min (Zhang Ming) rəhbərlik edəcək.

ŞƏT-in müşahidə missiyası Azərbaycana Mərkəzi Seçki Komissiyasının dəvəti ilə gəlir. Müşahidə missiyasına ŞƏT-in qanunvericilik və icra hakimiyyəti orqanlarının, ona üzv dövlətlərin diplomatik korpuslarının nümayəndələri daxildir.

Bundan başqa, müşahidə missiyasında ŞƏT Katibliyinin və İcraiyyə Komitəsinin rəsmiləri də təmsil olunur.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az