Ağdaşda ağır qəza - Ölən var

10:39 - 28 Yanvar 2024

Ağdaşda ağır qəza - Ölən var

Ağdaşda avtomobil qəzası baş verib.

 

Manset.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 28-i saat 06 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az