Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

18:38 - 29 Yanvar 2024

Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeeni qəbul edib.

 

Manset.az APA-ya istinadən  xəbər verir ki, bununla bağlı pakistanlı diplomat "X" hesabında paylaşım edib.

Görüşdə ölkələr arasında əməkdaşlığın gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə yeni təkan verəcək", - səfir əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az