COP29-da direktor təyin edilən Elnur Soltanov KİMDİR?

23:00 - 29 Yanvar 2024

COP29-da direktor təyin edilən Elnur Soltanov KİMDİR?

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

 

Manset.az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım olunub.

E.Soltanov 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

E.Soltanov 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin bərpa olunan enerji və enerji səmərəliliyi məsələlərinə cavabdeh müavinidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az