İsrail qüvvələri həkim libasına girərək xəstəxanaya basqın etdi - VİDEO

13:38 - 30 Yanvar 2024

İsrail qüvvələri həkim libasına girərək xəstəxanaya basqın etdi - VİDEO

İsrail hərbçiləri tibb işçisi kimi geyinərək İordan çayının qərb sahilində bir xəstəxanaya basqın ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, reyd zamanı HƏMAS üzvü olduğu iddia edilən 3 fələstinli həlak olub.

Fələstin Səhiyyə Nazirliyi məsələ ilə bağlı beynəlxalq insan haqları təşkilatlarına çağırış edib.

Fələstinin Səhiyyə naziri Mey əl-Kayle Birləşmiş Millətlər Təşkilatına və insan haqları təşkilatlarına etdiyi çağırışda İsrail qüvvələrinin Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində Fələstin xalqına və səhiyyə müəssisələrinə qarşı törətdiyi cinayətlərə son qoyulmasını istəyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az