Prezident Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etdi

16:33 - 09 Oktyabr 2021

Prezident Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Manşet.az xəbər verir ki, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

Dövlət başçısı oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri çərçivəsində Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az