Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alır.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib.
O qeyd edib ki, Laçında 53 hektar ərazidə sənaye parkı yaradılıb və ötən gün Azərbaycan Prezidenti İlham Əliyev iki müəssisənin açılışını edib, həmin müəssisələrdə əməkhaqqı azı 800-1000 manatdır:
"Qısa zamanda işğaldan azad olunan ərazilərdə 3 hava limanının, sənaye parkının formalaşması, yeni iş yerlərinin açılması və bunların təchiz olunmasının sözlə izahı yoxdur. Nəqliyyatla təmin olunmada dövlət qurumlarından dəstək görürük, həmçinin sahibkarlar da dəstək olurlar. Laçının ən gözəl yerlərinin birində hotel tikilir. Qısa müddətdə Laçının belə işıqlanması, məskunlaşmanın təmin olunması, iqtisadi həyatının bərpası çox mühüm amildir”.