Gümüş füçerslərinin qiyməti tarixi maksimumu yenilədi

01:30 - 10 Oktyabr 2025

Gümüş füçerslərinin qiyməti tarixi maksimumu yenilədi

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və bir Trua unsiyası üçün 49.95 dolları ötüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, ticarət platformasının məlumatları bunu göstərir.

Bakı vaxtı ilə saat 17:06-ya olan məlumata görə, gümüşün qiyməti 2.95% artaraq 1 Trua unsiyası üçün 49.87 dollar təşkil edib. Bakı vaxtı ilə saat 17:09-da gümüşün qiyməti bir unsiya üçün 49.965 dollara (+3,15%) yüksəlib.

Daha sonra füçersin qiyməti artımını ləngidib və Bakı vaxtı ilə saat 17:20-yə 1 Trua unsiyası üçün 49.72 dollar (+2.64% artaraq) səviyyəsində olub. İlin əvvəlindən gümüşün qiyməti 69.75%, oktyabrın əvvəlindən isə 5.09% bahalaşıb.

Daha əvvəlki tarixi maksimum 25 aprel 2011-ci ildə qeydə alınıb ki, o zaman füçersin qiyməti bir Trua unsiyası üçün 49.82 dollara çatıb.

Eyni zamanda, "Comex" birjasında qızılın 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti 4 071.10 dollar (+0.26% artım) səviyyəsində olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az