Onlar üçün yaşayış minimumu bu qədər olacaq

13:42 - 23 Oktyabr 2025

Onlar üçün yaşayış minimumu bu qədər olacaq

Azərbaycanda yaşayış minimumu artırılır.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Eyni zamanda, 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat olacaq.

Məlumat üçün bildirək ki, 2025-ci ildə ölkədə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az