Bu rayonun su təchizatı və kanalizasiya işlərinə milyonlarla manat ayrıldı

12:05 - 12 Dekabr 2025

Bu rayonun su təchizatı və kanalizasiya işlərinə milyonlarla manat ayrıldı

"Tikilməkdə olan obyektlərin müdiri̇yyəti" publik hüquqi şəxsi tərəfindən Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərində su təchizatı və kanalizasiya sistemləri üzrə yarımçıq qalmış işlərin tamamlanması məqsədilə satınalma müqaviləsi bağlayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, xəbər verir ki, tenderin qalibi "Hovers Group" MMC olub, şirkət işləri 7 milyon 598 min 114.88 manata icra edəcək.

İşlərin 15 may 2028-ci il tarixinədək tamamlanması nəzərdə tutulur.

01.07.2011 tarixində yaradılan "Hovers Group" MMC-nin nizamnamə kapitalı 345 min 720 manat, hüquqi ünvanı Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 73, qanuni təmsilçisi isə İlqar Adıgözəl oğlu Zeynalovdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az