Bitkoin mart ayının ortalarından bəri ən yüksək səviyyəsinə çatdı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kripto valyuta bazarları, qlobal siyasət və diplomatik əlaqələrdən gələn müsbət siqnallarla həftəyə güclü bir artımla başlayıb.
ABŞ və İran arasındakı gərginliyin diplomatik yollarla həll oluna biləcəyi barədə xəbərlər sərmayə bazarlarında riskə qarşı marağı artıraraq ən böyük kripto valyuta olan bitkoini hərəkətə keçirib.
Analiz şirkəti "Coinmarketcap"in məlumatlarına görə, son 24 saat ərzində 5 faizdən çox dəyər qazanan bitkoinin qiyməti 74 min 600 dollar həddinə çatıb. Kripto valyuta bazarının ümumi həcmi isə gündəlik olaraq təxminən 4,29 faiz artaraq 2 trilyon 520 milyard dollar oldu.