logo
logo logo
logo

Azərbaycanın 5 rayonunda neft-qaz axtarışı aparılacaq

13:12 - 14 Sentyabr 2026

Azərbaycanın 5 rayonunda neft-qaz axtarışı aparılacaq

Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının müəyyən ərazilərində neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı nəzərdə tutulur.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Komitədə Quba-Xəzəryanı ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişin təsdiqlənməsi barədə qanun layihəsinə baxılıb.

Saziş Azərbaycan Dövlət Neft Şirkəti, “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında 2026-cı il fevralın 18-də Bakıda imzalanıb.

Qanun layihəsinə əsasən, saziş və ona edilmiş 10 əlavə qəbul və təsdiq ediləcək, sənədin həyata keçirilməsinə icazə veriləcək. Nazirlər Kabinetinin podratçı tərəflərə təqdim etdiyi hökumət təminatları da qüvvəyə minəcək.

Saziş iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq veriləcək. Layihənin icrası üçün tələb olunan lisenziyaların, gömrük icazələrinin, vizaların və digər səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Qanun qüvvəyə mindikdən sonra kontrakt sahəsi ilə bağlı əvvəllər bağlanmış və yeni sazişlə ziddiyyət təşkil edən müqavilə və sənədlər üzrə hüquq və vəzifələr ləğv ediləcək.

Podratçı tərəflərin sazişdən irəli gələn hüquq və maraqları onların əvvəlcədən razılığı olmadan dəyişdirilə və ya məhdudlaşdırıla bilməyəcək.

Sənəddə ayrıca hal nəzərdə tutulmadıqda, saziş və ona edilən əlavələr qüvvədə olduğu müddətdə ziddiyyət yarandığı halda onların müddəaları digər normativ və inzibati sənədlərdən üstün tutulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az