İstilik pulu bu qaydada veriləcək - VİDEO

20:44 - 14 Aprel 2023

İstilik pulu bu qaydada veriləcək - VİDEO

Ölkəmizdə istilik sayğaclarının quraşdırılmasına başlanıb.

 

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, proses ilkin mərhələdə qeyri-yaşayış obyektlərində həyata keçirilir. Bunu ''Azəristiliktəchizat'' ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev deyib.

“Bu məqsədlə artıq 60 ədəd sayğac alınıb”

İstilik mövsümü başlayana qədər 200 sayğacın quraşdırılması planlaşdırılır.

İlham Mirzəliyev ödənişlərlə bağlı məsələyə də diqqət çəkərək bildirib ki, paytaxtda bəzi binalara normal qaydada istilik veriləsə də, istehlakçılar tərəfindən ödənilən məbləğ ürəkaçan səviyyədə deyil.

Bu arada ölkəmizdə istilik mövsümü müddətinin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır.

Bildirilib ki, mövsümün uzadılması böyük resurslardan istifadə deməkdir. bunun üçün son 30 ilin temperatur rejimi təhlil edilməli, optimal bir nöqtə çıxarılmalıdır.

Qeyd edək ki, mövcud qaydalara əsasən, istilik mövsümü noyabrın 15-də başlayır, aprelin 15-də yekunlaşır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az