Büdcədə 1 milyard manatdan çox qalıq yaranıb

13:56 - 17 Aprel 2023

Büdcədə 1 milyard manatdan çox qalıq yaranıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən Manset.az-a verilən məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3 % və 16,7 % çoxdur.

Son nəticədə büdcədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 24,8 % çoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az