Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki fondunun ilkin maliyyə hesabatı açıqlanıb.
Manset.az-ın məlumatına görə, partiyanın ilkin maliyyə hesabatında gəlirləri 250 min manat olub.
Hesabatın xərclər hissəsində hələlik heç bir rəqəm qeyd olunmayıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək. Hakim partiyanın namizədi Prezident İlham Əliyevdir. Dövlət başçısının namizədliyi artıq qeydə alınıb.