Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Manset.az xəbər verir ki, hadisə Zəyəm qəsəbəsində baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Arzuman Məmmədov şəxsi münasibətlər zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Şahmar Qurbanova bıçaqla xəsarət yetirib. Ş.Qurbanov əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.(report)