Qiyas cehizə görə intihar edib? - Anası danışdı (VİDEO)

11:31 - 26 İyul 2025

Qiyas cehizə görə intihar edib? - Anası danışdı (VİDEO)

Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə intihar etdiyi deyilən gəncin ailəsi danışıb. 


Manset.az APA TV-yə istinadən xəbər verir ki, bir neçə gün öncə mərhum 23 yaşlı Qiyas İsmayılzadənin toyu olacaqmış. İddialara görə, onun anası qız evindən göndərilən cehizə narazılıq edib, nəticədə qızın atası toydan imtina edib. Bundan xəbər tutan Q. İsmayılzadə isə canına qəsd edib. 
Ailə yayılan iddialarla bağlı açıqlama verib. Mərhumun bibisi Dursun İsmayılova bildirib ki, bunlar yalan məlumatlardır: "Deyirlər ki, Qiyasın anası günahkardır, amma bu, düzgün deyil. Gəlinə nə demişdisə, o da alınmışdı”.

İttihamlarda adı hallanan mərhumun anası Pakizə İsmayılova isə iddia edib ki, oğlunu sıxıblar: "Balam üçün hər şey edirdik, atası istənilən hər şeyi almışdı. Bu cür ev, bu cür şərait, atası onun toyu üçün çox əziyyət çəkirdi”. 

Qiyasın nənəsi isə qız tərəfi razı sala bilmədiyini deyib: "Getdim ki, onları yola gətirim, razı salım. Qızın atası dedi ki, "olmaz, eşitdim ki, siz yaxşı adamlar deyilsiniz”.

Daha ətraflı videomaterialda: 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az