Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir.
Manset.az xəbər verir ki, mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gerçəkləşib.
Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.
Özbəkistan alim və ziyalılarının da iştirak etdiyi mərasimdə açılış nitqi söyləyən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi sözü mədəniyyət nazirinin müavini Fərid Cəfərova verib.
Qonaqları salamlayan nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliği diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə edilərək nəşri həyata keçirilib. Yazarlarımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.
Nəşrin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.
Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin ideyalar aləmindən bəhs olunub.
Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəlləri üstündə muğamlar ifa edilib.
Qeyd edək ki, əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılıb.
Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olundu - FOTO
09:47 - 14 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
11 Aprel 2026 - 11:37
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
10 Aprel 2026 - 17:33
Gecə klubunda tanış olduğu qadını evinə apardı - Şok yaşadı
10 Aprel 2026 - 15:00
Nəsrin Cavadzadə itinə ad günü etdi - FOTO/VİDEO
10 Aprel 2026 - 17:31
Hava yenidən dəyişir - XƏBƏRDARLIQ
10 Aprel 2026 - 15:47
13 gün yerin altında qaldı - İlk sözləri bu oldu
10 Aprel 2026 - 15:25
Məşhur markanın avtomobillərinə tələbat kəskin azaldı
10 Aprel 2026 - 15:13
Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edildi - SƏRƏNCAM
10 Aprel 2026 - 16:14
Əfsanəvi Mircea Lucesko dəfn edildi - VİDEO
10 Aprel 2026 - 22:28
Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi
10 Aprel 2026 - 16:41
Fişəng anbarında PARTLAYIŞ - Ölən və yaralananlar var
10 Aprel 2026 - 16:59
Silsilə idman yarışlarının keçirilməsi ilə bağlı püşk atma keçirildi - FOTOLAR
10 Aprel 2026 - 21:12
Masallıda gənc oğlan evin həyətində ölü tapıldı
Xəbər xətti
- 11 Aprel 2026
- 14:35 Türkiyə parlamentinin sabiq sədri vəfat etdi
- 14:24 İran nümayəndə heyəti Pakistanın Baş naziri ilə görüşür
- 14:12 ABŞ İranın dondurulmuş vəsaitlərini azad etməyə razılaşdı
- 13:59 15 yaşlı qızın meyiti tapıldı
- 13:40 AFFA bu oyunları təxirə saldı
- 13:25 Bakıda evlərdən oğurluq edən şəxs saxlanıldı
- 13:08 Bəzi ərazilərə qar yağacaq - Sabahın havası
- 13:00 7 yaşlı qız kanalda boğuldu - Tərtərdə FACİƏ
- 12:34 Masazırda 2 qadın öldürüldü
- 12:27 Tərtərdə 2 nəfər dönərdən zəhərləndi
- 12:12 Cəlilabadda 17 kq narkotik aşkarlandı - FOTO/VİDEO
- 11:58 Azərbaycanda tiktoker insan alverinə görə həbs olundu
- 11:37 "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində YENİ TƏYİNAT
- 11:25 Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir
- 11:17 Bu gün “Qarabağ”ın oyunu var
- 11:12 Narkotik təsiri ilə sükan arxasına keçən 3 nəfər saxlanıldı
- 11:00 Neftimizin yeni QİYMƏTİ
- 10:44 Naxçıvanda yaşayanların NƏZƏRİNƏ
- 10:21 İran 41 gündür internetsiz qalıb
- 10:09 Zubir "Qarabağ"dan gedir
- 09:37 "İranın nüvə silahı olmamalıdır"
- 09:15 Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı
- 08:59 Paytaxtın mərkəzi küçələrində sürət həddi endiriləcək - VİDEO
- 08:47 Xəzərdə ZƏLZƏLƏ oldu
- 08:30 Uşaqları dərsə necə həvəsləndirək? - Stresssiz motivasiya yolları
- 08:00 Depressiyadan qorunmağın ən asan yolu
- 01:30 Xoşbəxt cütlüklərin 3 "gizli" vərdişi
- 00:30 PSJ Enrike ilə müqaviləni uzadır
- 10 Aprel 2026
- 23:57 İran və ABŞ nümayəndə heyətləri İslamabada çatdı
- 23:44 Bakıda 2 avtomobil toqquşdu - FOTO
- 23:24 Martda kanalda batan şəxsin meyiti tapıldı - FOTO
- 23:12 "ABŞ və İran danışıqları sabah baş tutacaq" - Şahbaz Şərif
- 22:59 Bakıda evdən qadın meyiti tapıldı
- 22:43 Livan ilə İsrail arasında danışıqlar baş tuta bilər
- 22:28 Yeni sədr işdən çıxartdığı rəisin əvəzinə onu təyin etdi
- 22:14 "Sabah"ın U-18 komandası uduzdu
- 21:52 Yığılan yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - VİDEO
- 21:31 "İranlılar bu gün yalnız danışıqlar planlaşdırıldığına görə sağdır"
- 21:12 Masallıda gənc oğlan evin həyətində ölü tapıldı
- 20:53 "Yuventus" Spalletti ilə müqavilənin müddətini uzatdı
- 20:34 "24 saat sonra İranla danışıqların uğurlu olub-olmayacağı bilinəcək" - Tramp
- 20:17 Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə olundu - FOTO
- 20:00 İsrailin Livana endirdiyi zərbələrdə azı 8 nəfər ölüb
- 19:43 30 ədəd qızılağac kəsildi - Şübhəli şəxs saxlanıldı
- 19:22 Qədirov qardaşlarının iddialarına RƏSMİ CAVAB
- 19:11 Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
- 18:51 Naxçıvanda maşınlar toqquşdu - Yaralılar var
- 18:37 İqtisadi Şuranın iclası keçirildi - FOTOLAR
- 18:26 Anar Əsədli vəkillərindən imtina etdi
- 18:12 Hazırda 18 yolda tıxac var - SİYAHI
- 17:48 Nigeriyada terror hücumu - Ölən və yaralananlar var