Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir.
Manset.az xəbər verir ki, mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gerçəkləşib.
Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.
Özbəkistan alim və ziyalılarının da iştirak etdiyi mərasimdə açılış nitqi söyləyən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi sözü mədəniyyət nazirinin müavini Fərid Cəfərova verib.
Qonaqları salamlayan nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliği diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə edilərək nəşri həyata keçirilib. Yazarlarımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.
Nəşrin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.
Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin ideyalar aləmindən bəhs olunub.
Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəlləri üstündə muğamlar ifa edilib.
Qeyd edək ki, əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılıb.
Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olundu - FOTO
09:47 - 14 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
24 Oktyabr 2026 - 21:49
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - FOTOLAR
24 Oktyabr 2026 - 14:12
Qətllə nəticələnən görüşü Arzuxan Əlizadənin oğlu təşkil edibmiş - FOTOLAR
24 Oktyabr 2026 - 17:34
Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar
24 Oktyabr 2026 - 15:51
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
24 Oktyabr 2026 - 20:34
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
24 Oktyabr 2026 - 15:16
Dilarə Əliyevaya vəzifə verildi
24 Oktyabr 2026 - 22:11
Flora Kərimovanın SON VƏZİYYƏTİ
24 Oktyabr 2026 - 22:34
Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi - FOTO - YENİLƏNİB
25 Oktyabr 2026 - 11:10
Prezident Tokayevi təbrik etdi
24 Oktyabr 2026 - 13:45
Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
24 Oktyabr 2026 - 16:15
Sumqayıtda maşın piyadaları vurdu - Daha sonra yandı
24 Oktyabr 2026 - 21:33
"Neftçi" "Turan Tovuz"la heç-heçə etdi
Xəbər xətti
- 25 Oktyabr 2026
- 13:12 Qubadlı böyük quruculuq və inkişaf dövrünü yaşayır
- 13:00 Prezidentin futbolçularla görüşündə maraqlı anlar - VİDEO
- 12:40 Sabah Bakıda yağış yağacaq
- 12:22 Bu ərazilərə qar yağdı
- 12:05 Qubadlının azadlığından Böyük Qayıdışa – Deputat danışdı
- 11:46 XİN-dən Qazaxıstan paylaşımı - FOTO
- 11:30 Naxçıvanda ağır qəza - Yaralılar var / FOTO
- 11:10 Prezident Tokayevi təbrik etdi
- 10:55 Kartdan-karta pul köçürənlərə vacib xəbər
- 10:30 Qızıl ucuzlaşdı - Yeni qiymətlər
- 10:28 Bakıda 98 il sonra tarixi gecə - Fotolar
- 10:04 ABŞ-də atışma - 12 yaralı var
- 09:50 Millimiz bu gün iki oyuna çıxacaq
- 09:30 İnfantino İlham Əliyevə təşəkkür etdi - Fotolar
- 09:20 Bakıdakı açılış mərasimindən VİDEO
- 09:05 Ənsər-Allah Ər-Riyad aeroportunu hərbi hədəf elan etdi
- 08:30 Payızda bu qidaları süfrənizdən əskik etməyin
- 08:00 Sağlamlıq üçün gündə 7 dəfə nə etməli?
- 01:30 “Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
- 00:30 Gürcüstanda saxlanılan İbad Hüseynov buraxılıb - Azərbaycana qayıtdı
- 00:01 Qubadlının işğaldan azad olunmasından 6 il ötür
- 24 Oktyabr 2026
- 23:56 Bakıda evdən meyit tapıldı
- 23:44 İlham Əliyev onları belə təbrik etdi - “Bu, tarixdə qalacaq”
- 23:31 "Çelsi" "Tottenhem"ə uduzdu
- 23:17 Tovuzda 2 nəfər bıçaqlandı - Biri öldü
- 23:00 İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTOLAR
- 22:52 Fransadakı iğtişaşlara görə 1000-ə yaxın şəxs saxlanıldı
- 22:34 Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi - FOTO - YENİLƏNİB
- 22:11 Flora Kərimovanın SON VƏZİYYƏTİ
- 21:49 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - FOTOLAR
- 21:33 "Neftçi" "Turan Tovuz"la heç-heçə etdi
- 21:12 Zeytun Festivalının rəsmi açılışı olub - FOTOLAR
- 20:53 "Hörmüzdə neft tankerində partlayış baş verdi" - "Fars"
- 20:34 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
- 20:16 2 güləşçimiz finala vəsiqə qazandı
- 20:00 Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib - YENİLƏNİB
- 19:34 Goranboyda piyadanı maşın vurub öldürdü
- 19:16 Lənkəranda balıq tutan kişi ÖLDÜ
- 18:52 Bakı-Yeni Dehli əlaqələrində yeni prioritetlər
- 18:31 "Kəpəz" "Şəfa"nı məğlub etdi
- 18:16 Pezeşkian Moskvaya səfər edəcək
- 17:53 Birgə təşəbbüslərin Qarabağın dayanıqlı inkişafında rolu - Xankəndidə strateji dialoq
- 17:34 Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar
- 17:12 Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
- 16:52 Eboladan ölənlərin sayı ARTDI
- 16:33 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı
- 16:15 Sumqayıtda maşın piyadaları vurdu - Daha sonra yandı
- 15:51 Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
- 15:31 Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirildi - FOTOLAR
- 15:16 Dilarə Əliyevaya vəzifə verildi
- 14:49 Qapı arxasında qalan 7 aylıq uşaq xilas edildi - FOTO