Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng tədbirlərlə davam edir.
Manset.az xəbər verir ki, mədəniyyət günlərinin daha bir tədbiri iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gerçəkləşib.
Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.
Özbəkistan alim və ziyalılarının da iştirak etdiyi mərasimdə açılış nitqi söyləyən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi sözü mədəniyyət nazirinin müavini Fərid Cəfərova verib.
Qonaqları salamlayan nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliği diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə edilərək nəşri həyata keçirilib. Yazarlarımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.
Nəşrin əhəmiyyətini vurğulayan nazir müavini deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.
Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər. Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin ideyalar aləmindən bəhs olunub.
Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəlləri üstündə muğamlar ifa edilib.
Qeyd edək ki, əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılıb.
Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olundu - FOTO
09:47 - 14 İyun 2024












Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi” açıldı - FOTOLAR

Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş möhtəşəm konsert proqramından FOTOLAR

"Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açılıb - FOTOLAR

Adil Kərimli görüş keçirdi - FOTOLAR

Azərbaycanlı müğənni özünə SAXTA toy edib?: "Rəsmi nikahımız yoxdur!" - VİDEO

Ramiz Quliyevin son vəziyyəti AÇIQLANDI

Mədəniyyət naziri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirildi - FOTOLAR

Azərbaycan tarixinə həsr olunmuş yeni film çəkilir - FOTOLAR

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Əminə Yusifqızı ilə vida mərasimi keçiriləcək

Nadir Qafarzadə nəvəsinin cinsiyyətini və adını açıqladı
Xəbər xətti
- 14 Oktyabr 2025
- 18:24 Hazırda 25 yolda tıxac var - SİYAHI
- 18:12 Astarada da dabaq xəstəliyi yayılıb
- 17:55 Şahmat millimiz Avropa çempionu ola bilmədi
- 17:40 Sabiq icra başçısının həbs müddəti uzadıldı
- 17:25 Həyəcan təbili! 12 kəndə giriş-çıxış dayandırıldı
- 17:20 Miqreni olanlara şad xəbər - Bu yolla qurtula bilərsiniz
- 17:11 Qarşılaşmaya damğasını vuran an - DÇ meydançasına siçan girdi
- 17:06 Dünyaca məşhur reper 52 yaşında ata olacaq - FOTO
- 16:59 Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı FƏRMAN
- 16:45 Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
- 16:40 Bakıda məşhur həkimdən ŞİKAYƏT - "Bacımı zorla xəstəxanadan çıxardı"
- 16:27 Prezident bu qanunu təsdiqlədi
- 16:24 Ölkəmizdə doğum azalıb - 78-i isə üçəmdir
- 16:20 Metroya girən sərxoş adam metronu bir-birinə qatdı
- 16:18 Ölkə əhalisinin gəlirləri artıb
- 16:11 İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi
- 16:07 İlham Əliyevlə Tramp arasında maraqlı dialoq - VİDEO
- 16:00 Kafe-restoranlarda zəhərlənmələr artıb - AQTA nəyə görə nəzarət etmir?
- 15:46 Əhalinin sayı açıqlandı
- 15:17 Bakıda taksilərin sayına limit qoyuldu - RƏSMİ
- 15:09 Baş nazirdən kommunal ödənişlərlə bağlı QƏRAR
- 15:01 Kapital Bank 2025-ci ilin III rübü üzrə maliyyə nəticələrini elan edib
- 14:57 Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi” açıldı - FOTOLAR
- 14:40 Bakıda qanunsuz parklanma: Sakinlər narazıdır - VİDEO/FOTO
- 14:22 “Allah sizə də, mənə də ürəyimizə görə versin” - Namiqdən tənqidlərə SƏRT CAVAB
- 14:05 "Fənərbaxça" azarkeşlərini heyrətə gətirən xəbər
- 13:55 Qarabağın bərpasına nə qədər vəsait xərclənib?
- 13:40 ATƏT-in Minsk Qrupu bu tarixdə fəaliyyətini dayandırır
- 13:20 DƏHŞƏT! Tibb bacısı üzünə tüpürən xəstəni iynə vuraraq öldürüb?
- 13:10 Tələbələr pəncərəyə çıxaraq ulamağa başladı - SƏBƏB
- 13:05 13 yaşlı 5 qız evə bıçaqla basqın etdi - FOTO
- 12:45 Subay olduğunu deyib evləndi - Toy günü nələr oldu?
- 12:35 Eyni vəziyyəti təkrar yaşamağın gizli səbəbi - Qurban psixologiyası
- 12:33 Bakıda qadın evdə doğuş edib
- 12:25 Oktyabrın 15-i hava necə olacaq?
- 12:17 Lənkəran-Lerik avtomobil yolundakı problem aradan qaldırıldı - VİDEO
- 12:00 Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
- 11:40 "Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır"
- 11:26 Dünyanın qalxanı zəifləyir - Nə baş verəcək?
- 11:12 İlham Əliyevdən Yaxın Şərq Sülh Sammiti ilə bağlı PAYLAŞIM
- 11:08 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
- 10:38 Bu ərazilərə qar yağıb - Faktiki hava
- 10:30 Təsadüfən qızına atəş açdı - İntihar etdi
- 10:25 Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş möhtəşəm konsert proqramından FOTOLAR
- 10:10 U-21 millimiz Şotlandiyaya qarşı
- 10:08 Qəzza zirvəsi dünya mətbuatında - Sonrakı mərhələ nə olacaq?
- 09:54 Yaxın Şərqdə sülh erası başlayır
- 09:48 “Həmkardan həmkara qayğı ilə” Gədəbəydə - FOTOLAR
- 09:39 "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açılıb - FOTOLAR
- 09:34 Bakıda beynəlxalq konfrans keçirilir
- 09:21 Qızılın qiymətində TARİXİ REKORD

