Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Manset.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə bədii hissə təqdim edilib. Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirilib. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olunub.
Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayıb, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.
Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.
Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.
Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTOLAR
17:58 - 02 Oktyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
24 Oktyabr 2026 - 09:40
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü (VİDEO)
24 Oktyabr 2026 - 12:12
Bakıdakı davanın iştirakçılarından biri deputat oğludur - FOTO/VİDEO
24 Oktyabr 2026 - 14:12
Qətllə nəticələnən görüşü Arzuxan Əlizadənin oğlu təşkil edibmiş - FOTOLAR
24 Oktyabr 2026 - 11:44
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
24 Oktyabr 2026 - 21:49
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - FOTOLAR
24 Oktyabr 2026 - 17:34
Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar
24 Oktyabr 2026 - 15:51
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
24 Oktyabr 2026 - 20:34
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
24 Oktyabr 2026 - 11:10
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
24 Oktyabr 2026 - 15:16
Dilarə Əliyevaya vəzifə verildi
24 Oktyabr 2026 - 08:58
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir - FOTOLAR
24 Oktyabr 2026 - 22:34
Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi - FOTO - YENİLƏNİB
Xəbər xətti
- 25 Oktyabr 2026
- 01:30 “Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
- 00:30 Gürcüstanda saxlanılan İbad Hüseynov buraxılıb - Azərbaycana qayıtdı
- 00:01 Qubadlının işğaldan azad olunmasından 6 il ötür
- 24 Oktyabr 2026
- 23:56 Bakıda evdən meyit tapıldı
- 23:44 İlham Əliyev onları belə təbrik etdi - “Bu, tarixdə qalacaq”
- 23:31 "Çelsi" "Tottenhem"ə uduzdu
- 23:17 Tovuzda 2 nəfər bıçaqlandı - Biri öldü
- 23:00 İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTOLAR
- 22:52 Fransadakı iğtişaşlara görə 1000-ə yaxın şəxs saxlanıldı
- 22:34 Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi - FOTO - YENİLƏNİB
- 22:11 Flora Kərimovanın SON VƏZİYYƏTİ
- 21:49 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - FOTOLAR
- 21:33 "Neftçi" "Turan Tovuz"la heç-heçə etdi
- 21:12 Zeytun Festivalının rəsmi açılışı olub - FOTOLAR
- 20:53 "Hörmüzdə neft tankerində partlayış baş verdi" - "Fars"
- 20:34 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
- 20:16 2 güləşçimiz finala vəsiqə qazandı
- 20:00 Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib - YENİLƏNİB
- 19:34 Goranboyda piyadanı maşın vurub öldürdü
- 19:16 Lənkəranda balıq tutan kişi ÖLDÜ
- 18:52 Bakı-Yeni Dehli əlaqələrində yeni prioritetlər
- 18:31 "Kəpəz" "Şəfa"nı məğlub etdi
- 18:16 Pezeşkian Moskvaya səfər edəcək
- 17:53 Birgə təşəbbüslərin Qarabağın dayanıqlı inkişafında rolu - Xankəndidə strateji dialoq
- 17:34 Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar
- 17:12 Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
- 16:52 Eboladan ölənlərin sayı ARTDI
- 16:33 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı
- 16:15 Sumqayıtda maşın piyadaları vurdu - Daha sonra yandı
- 15:51 Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
- 15:31 Qubada Beynəlxalq Gənclər Forumunun açılış mərasimi keçirildi - FOTOLAR
- 15:16 Dilarə Əliyevaya vəzifə verildi
- 14:49 Qapı arxasında qalan 7 aylıq uşaq xilas edildi - FOTO
- 14:29 Zığda yaşayış binasında YANĞIN - YENİLƏNİB
- 14:12 Qətllə nəticələnən görüşü Arzuxan Əlizadənin oğlu təşkil edibmiş - FOTOLAR
- 13:55 Gəncədə 60 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
- 13:45 Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
- 13:35 Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU
- 13:27 Qəzada yaralanan kişi bir həftə sonra öldü
- 13:10 Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutdu - FOTOLAR
- 12:50 Azərbaycan XİN İordaniyaya başsağlığı verdi
- 12:35 Sabah Bakıda yağış yağacaq - PROQNOZ
- 12:12 Bakıdakı davanın iştirakçılarından biri deputat oğludur - FOTO/VİDEO
- 12:05 "Müharibəni bu gün bitirməyə hazıram, amma..." - Zelenski
- 11:55 4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
- 11:44 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
- 11:35 Xəzərdəki kütləvi balıq tələfatı Azərbaycan üçün təhlükədirmi?
- 11:25 DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
- 11:10 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
- 10:54 “Azeri Light”ın qiyməti 127 dollara yaxınlaşır
- 10:43 Şahdağ və Kəlbəcərə qar yağıb - FAKTİKİ HAVA