Bu gün Xalq artisti Röyanın xəstəxanada çəkilmiş görüntüləri ilə bağlı xəbər yayımlanmışdı.
Yaxınlarının Manset.az-a verdiyi məlumata görə, sənətçi şəxsi səhhəti ilə deyil, atasının vəziyyəti ilə bağlı klinikaya gedib:
"Xalq artisti Röya Ayxanın səhhətində hər hansı bir problem yoxdur. Hazırda o, özünü yaxşı hiss edir. Medianın gündəminə gələn məlumatlara gəlincə, sənətçinin atasının səhhətində yaranan narahatlıqla bağlı Röya Ayxan xəstəxanaya baş çəkib".
***
09:59
Xalq artisti Röya Ayxanın səhhətində problem yaranıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış sənətçi səhhətindəki narahatlığa görə paytaxtda yerləşən özəl klinikalardan birinə müraciət edib, həkim müayinəsindən keçib.
Hazırda Röya Ayxanın vəziyyəti ilə bağlı rəsmi məlumat verilməsə də, onun xəstəxanaya müraciəti kameralar vasitəsiylə lentə alınıb.
Həmin fotoları təqdim edirik: