Səhhəti pisləşən əməkdar artist Yadigar Muradov Milli Onkologiya Mərkəzinə yerləşdirilib.
Manset.az-ın məlumatına görə, aktyorun boğazındakı şişlər nəfəs borusunu sıxır.
Bu səbəbdən beyin yarımkürələrində qan sızmaları yaranıb. Hazırda reanimasiyadadır. Həkimlər həyatı təhlükəsi olduğundan əməliyyata risk etmirlər.
Xatırladaq ki, Yadigar Muradov bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir. O, bundan öncə Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.