CHP sədri Kamal Kılıçdaroğlu İmam Hatip liseyinin məzunlarının ünvanına söylədiyi sözlərə görə həbs edilən müğənni Gülşənlə bağlı açıqlama verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu hakimlərə səslənərək deyib:
“Ey vətəni xilas edən prokuror və hakim! Qanuna və ədalətə xəyanət etməyin. Sənətçini dərhal buraxın”.