Müğənni Roza Zərgərli qızı Bənövşəyə bahalı hədiyyə alıb.
Manset.az milli.az-a istinadən xəbər verir ki, ifaçı özü kimi müğənniliyə başlayan qızına avtomobil hədiyyə edib.
Müğənni bununla bağlı yazıb:
"Bir neçə ay əvvəl dəyərli qızıma maşın almaq istədik, uzun müzakirələrdən sonra axtardığımızı tapdıq. Qızım məhz bu modeli istədi. Xətasız-bəlasız sürəsən".