"Xəzər TV" efirində yayımlanan "Xəzər axşamı" verilişində gərgin anlar yaşanıb.
Manset.az xəbər verir ki, proqrama dəvət olunan aparıcı Mikayıl Güləddinoğlu studiyada qərəzli münasibətlə qarşılaşdığını iddia edib.
Buna səbəb aktyor və aparıcı İslam Mehrəliyevin efirə "Gəldim e, gəldim..." sözlərilə girməsi olub.
Güləddinoğlu İslamın bu fikirlərlə ironiyalı şəkildə onu yamsıladığını bildirərək canlı efiri tərk edib.