Dünya şöhrətli kanadalı müğənni Selin Dion "Amyostatik" sindromundan (Sinir sistemi zədələndikdə, funksional əlaqələr pozulur, bu da bütün bədəndə problemlərə səbəb olur) əziyyət çəkir.
Manset.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. Müğənni video paylaşaraq səhhətinə görə bütün konsertlərini təxirə saldığını bildirib.
Selin Dion gələcəkdə üz əzələlərinin zədələnməsindən və hərəkətsiz qalma təhlükəsinin yarandığını vurğulayıb.