Aygün Bəylərin vəziyyəti necədir?

19:07 - 26 Yanvar 2023

Aygün Bəylərin vəziyyəti necədir?

Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı olmadığı ilə bağlı xəbərlər yayılıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Aygün xanımın meneceri bildirib ki, yayılan xəbərlər əsassızdır və müğənninin səhhəti yaxşıdır:

"Bu nə xəbərlərdir yayılıb? Yalan xəbərlərə inanmayın və yaymayın. Aygün xanım xərçəng xəstəliyindən 5 aydır ki, sağalıb. Sənətinə davam etmək istəyir. Xəstəliyini yenidən yadına salmaq istəmir. Maraqlandığınız üçün sağ olun".

Xatırladaq ki, Aygün Bəylərin ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az