Sərdar Ortac çətin vəziyyətdə - Üzü şişdi

09:50 - 11 İyul 2023

Sərdar Ortac çətin vəziyyətdə - Üzü şişdi

Sərdar Ortaç sosial media hesabında canlı yayım açıb. İzləyiciləri ilə söhbət edən məşhur müğənninin sifətindəki dəyişiklik diqqətlərdən yayınmayıb.

 

Manset.az-ın məlumatına görə, diş apsesi səbəbindən üzü şişən Sərdar Ortaç  təəccüblü etiraf edib. Diş ağrısının dözülməz hala gəldiyini vurğulayan müğənni: "Apsesə tikiş iynəsiylə müdaxilə etdim"- deyib.

Diş ağrısına görə çətin anlar yaşayan müğənniyə izləyiciləri tez sağalmasını diləyiblər. 

Müğənni Sinan Akçıl isə həmkarının düşdüyü vəziyyətlə bağlı bunları deyib:

"Sərdara çox əsəbləşirəm. Ona bu barədə 50 dəfə dedim, bir dəfə camaat içində demək istədim, amma ciddiyə alacağını düşünmürəm".

Məşhur müğənni çox sevdiyi dostunu sağalıb yenidən səhnədə görməyi arzuladığını dilə gətirib.

 

 Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az