Xalq artisti Flora Kərimova da növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi məntəqədə səs verərkən kövrəlib.
O, prezidentliyə namizəd İlham Əliyevə səs verdiyini açıqlayıb və qərarını belə izah edib:
“Vətənimi mənə qaytaran, vətənimi vətən edən, başımı ucaldan, namusumuzu qoruyan nəhəng övladıma səs verirəm. İlham Əliyevə səs verirəm, əcəb edirəm”.