Robert De Nirodan Trampa sərt tənqid: “Şeytani təhdid!”

16:45 - 28 Fevral 2024

Robert De Nirodan Trampa sərt tənqid: “Şeytani təhdid!”

Məşhur amerikalı aktyor Robert De Niro ABŞ prezidentliyi yarışında ən güclü namizəd Donald Trampla bağlı diqqətçəkən açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, De Niro Trampı “şeytani” fiqur kimi xarakterizə edərək  Trampın liderlik keyfiyyətlərinin olmadığını və onun ABŞ üçün təhlükə yaratdığını bildirib.

De Niro Trampın etika və əxlaqdan məhrum olan “sərt adam” olduğunu vurğulayıb.

Aktyor illərlə apardığı müşahidələrə əsaslanaraq bildirib ki, Tramp nə rəhbərlik etdiyi insanlara, nə iş gördüyü insanlara, nə də onu kor-koranə izləyənlərə hörmət edir.

 

Trampın liderlik vəzifəsinə uyğun olmadığını bildirən De Niro, 2016-cı il seçkiləri öncəsi ABŞ-ı xəbərdar etməyə çalışdıqlarını, lakin bu xəbərdarlıqlara məhəl qoyulmadığını vurğulayıb.

De Niro qeyd edib ki, Trampın prezidentliyi dövründə Amerika ikiyə bölünüb və Nyu-York bu vəziyyətdən dərin təsirlənib. Trampın xüsusilə 2020-ci ildə pandemiya zamanı milli böhranı idarə etmə tərzinin ölkəni daha da təhlükə altına atdığını tənqid edib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin