Tanınmış biznesmen mədəkiçiltmə əməliyyatından sonra öldü - FOTO

19:04 - 28 Fevral 2024

Tanınmış biznesmen mədəkiçiltmə əməliyyatından sonra öldü - FOTO

Məşhur rusiyalı biznesmen və prodüser Pyotr Qavrilov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişib.

 

Manset.az  axşam.az-a istinadən xəbər verir ki, əməliyyat fevralın 17-də baş tutub. O, klinikadan evə buraxılıb. 

Ayın 20-də Pyotr təcili yardım çağırıb və döş qəfəsində, qarında ağrılardan, nəfəs darlığından şikayətlənib. Lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib. Sonradan ağrılar güclənib, Qavrilov komaya düşüb və fevralın 27-də vəfat edib.

Onun ölümünə səbəb mədə rezeksiyasından sonra qan zəhərlənməsi olub. Qavrilovun yaxınları infeksiyanın əməliyyat zamanı onun bədəninə düşdüyünü düşünür və bu səbəbdən cərrah Timur Xaydarovun klinikasını məhkəməyə vermək niyyətindədirlər.

Klinikadan verilən məlumata görə isə prodüser daha sonra başqa bir klinikada da əməliyyat keçirib.

Qeyd edək ki, Qavrilov ötən il evlənib. O, ata olmağa hazırlaşırdı.

Timur Rusiyanın Xalq artisti Filipp Kirkorovun da həkimi olub. Onun keçirdiyi əməliyyatdan sonra Kirkorov görünüşü ilə gündəm olmuşdu. Lakin daha sonra müğənni Slava həkimin sinəböyütmə əməliyyatını keyfiyyətsiz etdiyini demişdi. 

 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin