Hədə-qorxu ilə yığdıqları pulları həbsxanaya göndərənlər tutuldu - VİDEO

13:00 - 29 Fevral 2024

Hədə-qorxu ilə yığdıqları pulları həbsxanaya göndərənlər tutuldu - VİDEO

Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

 

DİN-dən Manset.az-a verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq  və  narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri,Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in CAİ-nin əməkdaşları tərəfindən tutulub.

Həmin şəxslər istinataqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-nın Daxili İşlər Nazrliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır.

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin