Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Beynəlxalq Kosmik Stansiyada hava sızması aşkar edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislərin problemlə məşğul olduğu bildirilib.
Açıqlamada, “Stansiyadan alınan məlumatlar müntəzəm olaraq təhlil edilmək üçün mütəxəssislərə ötürülür. Ekipaj və stansiya təhlükədə deyil” deyə qeyd edilib.
Əfsanə Rəcəb
Manşet.az