100 milyonluq vingeri üç İngiltərə nəhəngi istəyir

18:27 - 29 Fevral 2024

100 milyonluq vingeri üç İngiltərə nəhəngi istəyir

"Vest Hem"in vingeri Carrod Bouen iş yerini dəyişməyə yaxındır.

 

Manset.az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Xəbərə görə, 27 yaşlı futbolçunun xidmətində "Çelsi", "Mançester Yunayted" və "Mançester Siti" maraqlıdır. Sözügedən klubların cari mövsümün sonunda "çəkicdöyənlər"ə rəsmi təklif göndərəcəyi vurğulanıb. "Vest Hem" rəhbərliyinin Carrodu 100 milyon avrodan ucuz satmaq barədə düşünmədikləri vurğulanıb.

Qeyd edək ki, Bouen 2020-ci ildən "Vest Hem"də çıxış edir. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 32 matça çıxan futbolçu 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Stratford təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin