Şəkidə qadını avtomobil vuraraq öldürdü

19:12 - 29 Fevral 2024

Şəkidə qadını avtomobil vuraraq öldürdü

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, fevralın 29-u saat 17:30 radələrində şəhər ərazisində Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin