MSK-nın iclasında nələr müzakirə edildi

18:51 - 7 Mart 2024

MSK-nın iclasında nələr müzakirə edildi

Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Manset.az-a bildiriblər ki, əvvəlcə Komissiyanın fevralın 1-də, 5-də və 11-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.

Aparılan müzakirələrdən sonra 65 saylı Salyan-Biləsuvar-Neftçala, 77 saylı Lənkəran şəhər və 81 saylı İmişli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Media nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin cari məsələlərə baxılıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin