"Barselona"nı bu vəziyyətdən ancaq Laporta çıxara bilər” - Xavi

20:30 - 7 Mart 2024

"Barselona"nın baş məşqçisi Xavi Ernandes klub prezidenti Joan Laporta haqda danışıb.

 

Manset.az  "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, Laportanı klub tarixinin ən yaxşı prezidenti adlandırıb:

“Klubun daxilində olduğum üçün vəziyyəti son dərəcə düzgün qiymətləndirirəm. Düşünürəm ki, Laporta klubu çox çətin iqtisadi və  idman dövründə götürüb. O, böyük bir hədəfə nail olmaq üçün işlərin yarısını görüb.

Məncə, Laporta "Barselona" tarixinin ən yaxşı prezidentidir və bunu bir daha sübut etməlidir. O, təcrübəli, pozitivdir və liderlik keyfiyyətləri var. Əgər "Barselona"nı indiki vəziyyətdən çıxara biləcək kimsə varsa, o, Laportadır”.

Qeyd edək ki, Laportanın 2003-2010-cu illərdə “Barselona”ya rəhbərliyi dövründə komanda 4 dəfə La Liqanı, 2 dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka yiyələnib. 

Xatırladaq ki, Xavi mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. Hazırda onun komandası 58 xalla 3-cü pillədə qərarlaşıb və lider "Real"dan 8 xal geri qalır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin