"Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq - Premyer Liqa

09:37 - 9 Mart 2024

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.

 

Manset.az xəbər verir ki, ilk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək.

Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, "ağ-qaralar" 36 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədir. 15 xala malik "Qəbələ" sonuncu sıradadır.

Azərbaycan Premyer Liqası

XXVI tur

9 mart (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu

17:30. “Sabah” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”

Qeyd edək ki, daha əvvəl "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin