Füzuli şəhərində ilk dəfə buraxılış imtahanı keçirilir

11:43 - 10 Mart 2024

Füzuli şəhərində ilk dəfə buraxılış imtahanı keçirilir

İşğaldan azad edilmiş Füzuli şəhərində ilk dəfə olaraq buraxılış imtahanı keçirilir.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, 10 mart 2024-cü il tarixində işğaldan azad olunan rayonlarımızda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Füzuli şəhərində təşkil edilən buraxılış imtahanı Füzuli rayonu Mirzə Uluqbəy adına 1 N-li tam orta məktəbdə keçrilir.

Bundan başqa işğaldan azad olunan rayonlarımızda da, buraxılış imtahanı keçirilir. İmtahanlar Laçın rayonu 2 N-li tam orta məktəb, Laçın rayonu Zabux kənd tam orta məktəbi və Zəngilan rayonu Ağalı kənd tam orta məktəblərində təşkil olunub. İmtahanın idarə olunmasına 4 ümumi rəhbər, 4 imtahan rəhbəri, 4 nəzarətçi-müəllim, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

İşğaldan azad olunan ərazilərimizdə ümumilikdə 4 binada imtahan təşkil olunub və imtahanda 18 nəfər şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edəcək. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə olur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Martın 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin