Arda Gülər “Real”da ilk qolunu vurdu - VİDEO

09:22 - 11 Mart 2024

Arda Gülər “Real”da ilk qolunu vurdu - VİDEO

İspaniya La Liqasının 28-ci turu çərçivəsində Madridin “Real” klubu ilə “Selta Viqo” qarşı-qarşıya gəliblər. “Real” “Selta”nı Santyaqo Bernabeu stadionunda sınağa çəkib. Görüşün baş hakimi Mario Melero Lopez olub.

 

Manset.az xəbər verir ki, ilk hissənin ortalarında “Real” hesabı açmağa müvəffəq olub. 21-ci dəqiqədə braziliyalı cinah oyunçusu Vinisius qola imza atıb. 80 və 88-ci dəqiqələrdə iki avtoqol qeydə alınıb. Oyunda son nöqtəni Arda Gülər qoyub. Qarşılaşma 4:0 hesabı ilə başa çatıb.

28 oyunda 69 xal toplayan “Real” turnir cədvəlində birinci yerdədir. Karlo Ançelottinin yetirmələri ikinci pillədə qərarlaşan “Jirona”dan 7 xal öndədirlər. “Selta” isə 24 xalla 17-ci pillədə qərarlaşıb.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin