"Azərsun Holdinq"un təşkilatçılığl ilə media nümayəndələri üçün "Qafqaz Konserv Zavodu"na mediatur keçirilib.
Manset.az xəbər verir ki, tur zamanı jurnalistlər “Bizim Tarla” kompotlarının istehsal prosesi
ilə yaxından tanış olublar.
Media nümayəndələrini qarşılayan
zavodun direktoru Famil Qeybullayev müəssisənin fəaliyyət istiqamətləri,
istehsal gücü və məhsulların hazırlanmasının bütün mərhələləri barədə ətraflı məlumat
verib. O bildirib ki, "Qafqaz Konserv Zavodu" yüksək keyfiyyətli məhsullar
istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və
regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.
Direktor qeyd edib ki, zavodun əsas
fəaliyyət istiqamətlərindən biri yerli fermer və bağ sahibləri ilə uzunmüddətli
əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində meyvə istehsalçıları məhsullarını
sabit və sərfəli qiymətlərlə realizə edirlər, həmçinin kənd təsərrüfatının
inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində mühüm nəticələr əldə
olunur.
Media tur çərçivəsində
jurnalistlər zavodun istehsal sahələrini gəzərək məhsulların xammalın qəbulundan
emalına, qablaşdırılmasından hazır məhsulun anbara göndərilməsinədək bütün
istehsal mərhələlərini yaxından izləyiblər. Onlara istehsal prosesində tətbiq
olunan müasir avadanlıqlar, keyfiyyətə nəzarət sistemi və qida təhlükəsizliyi
standartları barədə ətraflı məlumat təqdim olunub.