logo
logo logo
logo

Fransada 900 hektar ərazi külə döndü

13:52 - 02 İyul 2026

Fransada 900 hektar ərazi külə döndü

Fransanın Hero və Od bölgələri arasında baş verən meşə yanğını nəticəsində 900 hektar ərazi yanaraq məhv olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, ölkədə hökm sürən anomal isti hava şəraiti yanğının baş verməsinə səbəb olub. Dünən başlayan yanğının söndürülməsi istiqamətində havadan və qurudan mübarizə tədbirləri davam etdirilir.

İspaniya sərhədinə yaxın yerləşən Od bölgəsinin yerli hakimiyyəti küləyin güclü olması səbəbindən alovun qarşısının alınmasının çətinləşdiyini bildirib.

Hero Yanğınsöndürmə Xidməti isə yanğının nəzarət altına alındığını açıqlayıb. Qurumdan bildirilib ki, alovun yayılması dayandırılıb, lakin gecə boyu əsən külək səhər saatlarında yenidən güclənib.

Hadisə nəticəsində insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.

Fransa Meteorologiya Xidməti isə gələn həftə ölkədə növbəti anomal istilər dalğasının müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az