logo
logo logo
logo

"Azərbaycan polisi böyük inkişaf yolu keçərək peşəkar quruma çevrilib"

15:00 - 02 İyul 2026

\"Azərbaycan polisi böyük inkişaf yolu keçərək peşəkar quruma çevrilib\"

Azərbaycan dövlətçiliyinin mühüm sütunlarından biri olan daxili işlər orqanları ölkəmizdə hüquq qaydasının, ictimai təhlükəsizliyin və sabitliyin təmin edilməsində müstəsna rol oynayır. Dövlətin və cəmiyyətin təhlükəsizliyinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi kimi məsuliyyətli vəzifələri yerinə yetirən Azərbaycan polisi müstəqillik illərində böyük inkişaf yolu keçərək müasir, peşəkar və çevik quruma çevrilib.


Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib. Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycan polisinin müasir çağırışlara uyğun şəkildə formalaşdırılması, hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:

“Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hüquq-mühafizə sistemində fundamental islahatlar həyata keçirilib, daxili işlər orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğun şəkildə yenidən təşkil olunub, qanunçuluğun və hüququn aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ümummilli Liderin 1998-ci il 24 may tarixli Fərmanı ilə 2 iyul tarixinin “Azərbaycan Polisi Günü” elan edilməsi isə polis əməkdaşlarının dövlətçilik tariximizdəki xidmətlərinə verilən yüksək qiymətin ifadəsi olub. Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir texnologiyalar və innovativ idarəetmə mexanizmləri tətbiq olunub, polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bütün bunlar Azərbaycan polisinin peşəkarlığının və fəaliyyət səmərəliliyinin daha da artırılmasına mühüm töhfə verib”.

Deputat bildirib ki, Azərbaycan polisi bu gün ictimai asayişin etibarlı şəkildə qorunmasını, cinayətkarlığa qarşı effektiv mübarizəni, vətəndaşların təhlükəsizliyinin təmin olunmasını yüksək peşəkarlıqla həyata keçirir:

“Müasir çağırışlar və təhlükəsizlik təhdidləri fonunda daxili işlər orqanlarının fəaliyyətinin daim təkmilləşdirilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi və beynəlxalq təcrübənin tətbiqi bu sahədə əldə olunan uğurların əsas amillərindəndir. Azərbaycan polisinin fəaliyyəti ölkəmizin ən çətin və taleyüklü dövrlərində də xüsusi əhəmiyyət daşıyıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı polis əməkdaşları üzərlərinə düşən vəzifələri böyük məsuliyyət, peşəkarlıq və fədakarlıqla yerinə yetiriblər”.

S.Salmanova qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda da daxili işlər orqanlarının üzərinə mühüm vəzifələr düşür:

“Həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması, mülki əhalinin və infrastruktur obyektlərinin mühafizəsi istiqamətində polis əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirirlər. Bu fəaliyyət ölkəmizdə davamlı sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Azərbaycan polisi cəmiyyətin etimadını qazanan, dövlətçiliyin əsas dayaqlarından birinə çevrilən mühüm təsisatdır. Vətəndaşların polisə olan inamı həyata keçirilən uğurlu dövlət siyasətinin, hüquq-mühafizə sistemində aparılan ardıcıl islahatların və polis əməkdaşlarının fədakar fəaliyyətinin nəticəsidir. Bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını və veteranlarını təbrik edir, onlara möhkəm cansağlığı, xidməti fəaliyyətlərində  yeni uğurlar arzulayırıq. Azərbaycan polisi bundan sonra da dövlətimizin, xalqımızın və qanunun keşiyində qətiyyətlə dayanacaq, ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz layiqli töhfəsini verəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az