logo
logo logo
logo

Oteldə qalan 53 yaşlı kişi otağında ölü tapıldı

16:00 - 02 İyul 2026

Oteldə qalan 53 yaşlı kişi otağında ölü tapıldı

Türkiyədə oteldə qalan 53 yaşlı Ümit Eroğlu otağında ölü tapılıb.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə şəhərin Kale məhəlləsində yerləşən otellərdən birində baş verib.

Bildirilib ki, Eroğlunun uzun müddət otağından çıxmaması otel işçilərinin diqqətini çəkib. İşçilər otağa daxil olduqda onu hərəkətsiz vəziyyətdə aşkar edərək dərhal 112 Təcili Tibbi Yardım Xidmətinə və polisə məlumat veriblər.

Hadisə yerinə gələn tibb işçiləri və polis əməkdaşları 53 yaşlı kişinin həyatını itirdiyini müəyyən ediblər.

Eroğlunun meyiti ekspertiza üçün Niğde Ömer Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Hadisənin başvermə səbəbi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az