Şahzadə Diananın sevgi məktubları satışa çıxarıldı - Hevitt yenə xəyanət etdi

10:34 - 11 Mart 2024

Şahzadə Diananın sevgi məktubları satışa çıxarıldı - Hevitt yenə xəyanət etdi

Ölümündən illər keçməsinə baxmayaraq adından söz etdirməyə davam edən Uels şahzadəsi Diananın Ceyms Hevittə yazdığı sevgi məktubları 1 milyon dollar qiymət etiketi ABŞ hərrac evi tərəfindən satışa çıxarılıb.

 

Manset.az -ın xarici mediaya istinadən məlumatına görə, keçmiş ordu zabiti, indi 65 yaşında olan Hevitt əvvəllər məktubları 500.000 funt sterlinq kredit üçün təminat kimi təklif etmişdi.

Məktublar şahzadə ilə 1992-ci ilə qədər  5 illik gizli münasibətdə olan Hevittin Körfəz müharibəsində xidmət edərkən daxil olmaqla 1989-1991-ci illər arasında yazılıb.

Diananın fərqli yazısı ilə yazılmış bu məktubların son dərəcə gizli olduğu və dərc olunarsa, kral ailəsi üçün utanc doğuracağı gözlənilir.

Yazıçı İnqrid Syuard Hevittə "Ceyms Hevitt bir çox dəfə Dianaya xəyanət etdi və bu, onun son təhqiri oldu" deyə reaksiya verib.

Əfsanə Rəcəb

Manşet.az

 

 

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin