İsveçdə Alp dağlarında itkin düşən altı xizəkçidən 5-i ölü tapılıb.
Manset.az Trend-ə istinadən bildirir ki, turist qrupunun altıncı üzvünün axtarışı davam edir.
Turist qrupunun axtarışı martın 9-da İtaliya sərhədi yaxınlığında Zermatt kurortu ilə Arolla kəndi arasında başlayıb.
Qeyd edək ki, Zermatt İsveçdə populyar dağ-xizək kurortudur və dünyanın hər yerindən turistlər dağ-xizək idmanı ilə məşğul olmaq üçün buraya gəlirlər.