Məşhur türkiyəli komediya ustası Cem Yılmaz Ramazan ayının ilk günü içki içdiyi anları yayımladığı üçün reaksiyaların hədəfinə çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İnstaqramda 5,7 milyon izləyicisi olan Yılmaz paylaşımına görə X-də trend mövzusu olub.
İzləyicilər Yılmaza "Özünə hörməti olmayanın başqasına da hörməti olmaz” kimi şərhlər yazıblar.
Məşhur komediyaçı tənqidlərə səssiz qalıb.
Əfsanə Rəcəb
Manşet.az