logo
logo logo
logo

Avropa İttifaqından Kanadaya tarixi addım 

14:58 - 16 Sentyabr 2026

Avropa İttifaqından Kanadaya tarixi addım 

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın İttifaqın ilk “ortaq üzvü” olması istiqamətində çalışmaq istədiklərini açıqlayıb. Aİ-də hazırda belə bir status rəsmi şəkildə müəyyən edilməyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təklifin təfərrüatlarının tərəflər arasında keçiriləcək görüşlər zamanı formalaşdırılacağı bildirilir.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin (AP) plenar iclasında etdiyi illik “İttifaqın vəziyyəti” çıxışında Kanada ilə münasibətlərə dair açıqlamalar verib.

Kanadanın Baş naziri Mark Karninin də iştirak etdiyi iclasda fon der Lyayen Avropa ilə Kanada arasında mədəni, tarixi və humanitar əlaqələrin güclü olduğunu bildirib.

Fon der Lyayen Aİ ilə Kanada arasında hərtərəfli iqtisadi və ticarət sazişi (CETA) sayəsində qarşılıqlı mal ticarətinin 10 ildən az müddətdə 75 faiz artmasına diqqət çəkərək bunun ticarət sazişlərinin imkanlarını nümayiş etdirdiyini qeyd edib.

Avropa ilə Kanadanın süni intellekt, iqlim dəyişikliyi, Arktika və geosiyasi məsələlərə dair oxşar yanaşmalara malik olduğunu bildirən fon der Lyayen tərəflərin Ukrayna, müdafiə, mühüm xammal və təchizat zəncirləri sahələrində birgə fəaliyyət göstərdiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az