Paşinyan Ermənistanın KTMT-ni tərk etməsi üçün yekun şərti AÇIQLADI

13:46 - 12 Mart 2024

Paşinyan Ermənistanın KTMT-ni tərk etməsi üçün yekun şərti AÇIQLADI

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında qaldırdığımız suallara cavab verilməsə, Ermənistan təşkilatı tərk edəcək”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.

N.Paşinyan qeyd edib ki, Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub.

“Biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq və görüşlərdə iştirak etmirik. Hazırda yalnız bir suala cavab gözləyirik: təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədən ibarətdir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb”, - deyə N.Paşinyan söyləyib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin